İnterpress.az xəbər verir ki, bununla bağlı ABC telekanalı Avstraliya hökumətindəki mənbəyə istinadla məlumat verib.
Məlumata əsasən, Kanberra zərbələr endirmək üçün İrandakı obyektləri müəyyən etməkdə ABŞ-a yardım edə bilər. Bununla yanaşı, mənbənin sözlərinə görə, bu cür yardım hücumda yaxından iştirak etməklə bir tutula bilməz. O bildirib ki, ABŞ-a analoji köməyi Britaniya xüsusi xidmət orqanları da göstərə bilər.
Telekanal bildirib ki, Avstraliya hökumətində Trampın real təhlükəsi ilə bağlı fikirlər haçalanıb. Bəziləri ABŞ-ın İrana hücumunu mümkün hesab edir, digərləri isə bu hücumun Yaxın Şərq regionunda vəziyyəti kəskinləşdirəcəyini bildirirlər. (Oxu.Az)
İnterpress.az