Bıçaqla hədələyib vətəndaşdan 10 manat alan şəxs saxlanıldıbackend

Bıçaqla hədələyib vətəndaşdan 10 manat alan şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gədəbəy sakinini hədələyərək 10 manatı alan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, iyulun 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxs Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib 10 manat pulunu alıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradov saxlanılıb.

İnterpress.az