DÇ-2018-də uğurlu çıxış edən Rusiya yığmasının Kremldə qəbul edilməsindən sonra Səmədov \”tvitter”də fikirlərini yazıb. O, azarkeşlərə və şəxsən prezidentə təşəkkürünü bildirib:
\”Kremldə prezident Putinin əlindən mükafat almaq böyük şərəf idi. Mənim əməyimi yüksək qiymətləndirdikləri üçün milyonlarla rusiyalıya və şəxsən prezident Putinə təşəkkür edirəm”.
Səmədov DÇ-2018-in 1/4 finalında Xorvatiya ilə keçirilən oyundan sonra Rusiya yığmasında karyerasını bitirdiyini bildirmişdi.
İnterpress.az