Türkiyə F-35 qırıcılarına görə ABŞ-ı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edibbackend

Türkiyə F-35 qırıcılarına görə ABŞ-ı məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Beynəlxalq məhkəməyə gedərik. Alternativsiz bir dünyada yaşamadığımız unudulmamalıdır\”, – Erdoğan deyib.

ABŞ Senatı Türkiyənin Rusiyadan S-400 raket komplekslərini almaq niyyətindən narazıdır.

Türkiyə 2017-ci ilin sentyabrında Rusiya ilə S-400 raketlərinə dair müqavilə imzalayıb.

Gözlənildiyinə görə, Türkiyəyə ilk Rusiya raket kompleksləri gələn il çatdırılacaq.

Türkiyə Rusiayadan bu kompleksləri alan ilk NATO dövləti olacaq.

ABŞ qeyd edir ki, S-400 komplekslərini NATO sistemləri ilə birgə işlətmək mümükün deyil, bu isə o deməkdir ki, Türkiyə raket əleyhinə vahid müdafiə sisteminin tərkib hissəsi funksiyasını yerinə yetirə bilməyəcək.

İyun ayında ABŞ prezidenti Donald Trump Türkiyəyə F-35 təyyarələrinin veriləcəyinə dair vəd verib.

Lakin ABŞ Konqresində Müdafiə büdcəsinə edilmiş düzəlişdə ABŞ Müdafiə nazirinə F-35-lərin Türkiyəyə verilməsinin məqsədəuyğunluğunu bir daha götür-qoy etmək təklif olunub.

Bu məsələ öyrənilnədək isə, Türkiyəyə F-35 təyyarələrinin verilməsini dondurmaq təklif olunub. (bbc)

İnterpress.az