Azərbaycanın ixracatında pomidor yenə birinci oldubackend

Azərbaycanın ixracatında pomidor yenə birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayına istinadən xəbər verir ki, hesabat dövründə Rusiyaya 319 milyon 9 min, Türkiyəyə 180 milyon, Gürcüstana 74 milyon, İsveçrəyə 69 milyon 3 min və Çinə 23 milyon 9 min ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. May ayında olduğu kimi iyun ayında da 43 milyon 2 min ABŞ dolları dəyərində pomidor ixrac edilib.

Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26 milyon 8 min ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12 milyon 4 min ABŞ dolları) isə üçüncü olub.

İnterpress.az