Prezidentdən Həsən Məmmədovla bağlı sərəncambackend

Prezidentdən Həsən Məmmədovla bağlı sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamda bildirilir ki, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Sərəncamda qeyd edilir:

“1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

İnterpress.az