İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Qoxmuq kənd sakini, 1988-ci il təvəllüdlü Azadə Hikmət qızı Həsənova sağ qolun dirsək və bilək nahiyəsinin kəsilmiş yarası ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Məlum olub ki, Azadə Həsənova bilərəkdən qolunu kəsici alətlə kəsib. Azadə Həsənovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az