İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Əbuturabi \”Twitter\” hesabından bu fikirləri səsləndirib:
\”İran millətinə hörmət, düşmən münasibətin azalması və ABŞ-ın nüvə sazişinə geri qayıtması görüş üçün zəmin yarada bilər\”.
Qeyd edək ki, Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə təşkil etdiyi mətbuat konfransında İranla görüşə biləcəyini dilə gətirmişdi.
İnterpress.az