Xaçmazda əxlaqsızlıq yuvası aşkarlandıbackend

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, DİN-dən verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.

İnterpress.az