İnterpress.az xəbər verir ki, polisin keçirdiyi əməliyyatla yaxalanan manyakın 6 uşağa təcavüz etdiyi aydınlaşıb.
Manyakı vətəndaşlar kamera görüntüləri ilə müəyyən edib.
Onlar əvvəlcə ərazidə növbə tutmağa başlayıblar. Vətəndaşlardan biri manyakın kameralara düşən görüntüsü ilə birlikdə polisə müraciət edib.
Daha sonra sivil polisin keçirdiyi əməliyyat nəticəsində manyakı iş başında yaxalamaq mümkün olub.
Onun uşaqlarla danışmağa cəhd etdiyi və sonra onları bloklara və gizli yerlərə apararaq cinsi istismara məruz qoyduğu aydınlaşıb.
Qeyd edək ki, tutulan şəxsin əvvəllər də bu cür cinayətdən məhkumluğu olduğu müəyyən olunub. (Modern.az)
İnterpress.az