İnterpress.az Oxu.Az-a istinadla xəbər verir ki, o, fikirlərini “Telegram” kanalında yayımlayıb.
“Onlar cəzalandırılmalıdır. Ən yaxşısı, müharibə qanunları ilə cəzalandırılsın! Sərt! Və onların əlində Camalın, Radçenkonun və Rostorquyevin qanı qurumalıdır”, – o deyib.
Kadırov ölənlərin ailələrinə başsağlığı verib və ümid etdiyini bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi günahkarları cəzalandırmaq üçün bütün səylərdən istifadə edəcək.
Bundan başqa, Çeçenistan rəhbəri bəzi KİV-in qatillərin din mənsubiyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.
“Onları müsəlmanlar, xristianlar deyil, quldurlar, cinayətkarlar öldürüb”, – Kadırov qeyd edib.
Xatırladaq ki, iyulun 31-də jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko Mərkəzi Afrika Respublikasında naməlum şəxslər tərəfindən öldürülüb.
İnterpress.az