Şabran rayon sakini Nəriman Ağayev sərxoş halda səkinin üstündə yuxulayıb. Ayılanda isə cibindəki 2200 manat və mobil telefonunun yoxa çıxdığını görüb.
Baş vermiş hadisə ilə bağlı 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkmişin izahatı alınıb. Hazırda onun həqiqətən cibində 2200 manat pulunun olub-olmaması araşdırılır. (ölkə.az)
İnterpress.az