İnterpress.az “Sputnik”ə istinadən xəbər verir ki, külli miqdarda oğurluq hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Bu barədə Yasamal RPİ-dən bildirilib.
Belə ki, iyulun 31-də 38 yaşlı L.A. yaşadığı mənzildən 47 min dollar pulun oğurlanması ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Qadının sözlərinə görə, mənzildən oğurluq 25 iyun – 30 iyul tarixlərinə təsadüf edib. Zərərçəkmiş 16 yaşlı qızından şübhələndiyini, oğuluqda onun əli olduğunu açıqlayıb.
Azyaşlının pulu evdən hansı şəraitdə və nə məqsədlə oğurlaması araşdırılır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılır.
İnterpress.az