Ölən xanəndələrlə bağlı yeni faktlar – Həmkarını öldürüb, özü isə intihar edibbackend

Ölən xanəndələrlə bağlı yeni faktlar – Həmkarını öldürüb, özü isə intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Bundan əvvəl isə xanəndə Novruz Hüseynovun qardaşı Azər Hüseynov bildirib ki, hər iki xanəndə qətlə yetirilib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl qardaşi dostu Miryusiflə Bakıdan onların yaşadığı Ağcabədi rayonunun Hacıbədəlli kəndinə qonaq gəliblər: \”Dostlar nahar etdikdən bir müddət sonra Ağcabədi şəhərinə gəzməyə getdiklərini bildirərək evdən çıxıblar. Gecə saat birdə evə qayıdıblar. Daha sonra hər ikisi səhər saat 5 radələrində evdən çıxıblar. Novruz anasına Miryusifə dərman almaq üçün şəhərə aptekə getdiklərini söyləyib. Səhər saat 8 radələrində kənd icra nümayəndəsi zəng edərək onların qəza keçirdiyini xəbər verdi. Ailə Novruzun hadisədən bir-iki gün əvvəl avtomobil almasından xəbərsiz olub\”.

A.Hüseynov deyib ki, şubhələndiyi şəxs var, ancaq ad çəkməyib.

Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb. Qəzaya düşən \”Mercedes\” markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub. Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az