İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrədə məlumat yayılıb. Məlumat yayın şəxs bildirib ki, bir nəfər mağazaya daxil olub və telefonla danışmağa başlayıb. Həmin şəxs diqqəti yayındıraraq mobil telefonu götürüb və aradan çıxıb.
Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. Hadisəni törədən şəxsin polis tərəfindən saxlanıldığı bildirilir.
Həmin hadisənin video görüntüsü yayılıb. (BAKU.WS)
İnterpress.az