İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan \”VAZ-21015\” və \”Mercedes\” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər – Goranboy rayonun Veyisli qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Əminə Şəmsəddin qızı Həsənova və onun övladları, 2000-ci il təvəllüdıü Günel Məhəmməd qızı Məmmədova və 2010-cu il təvəllüdlü Aysu Məhəmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az