Neftçalada ər avtomobili arxaya sürərkən həyat yoldaşını öldürübbackend

Neftçalada ər avtomobili arxaya sürərkən həyat yoldaşını öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kişi avtomobili arxaya sürmək istəyən zaman həyat yoldaşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 1957-ci il təvəllüdlü Məmmədova Fizzə Rüstəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat olunmağa aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az