3 min il həbs cəzası almış məşhur terrorçu azadlığa çıxdıbackend

3 min il həbs cəzası almış məşhur terrorçu azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, terrorçu ömrünün 31 ilini həbsxanada keçirib. 40-dan çox terror aktı törədən Patros 1987-ci ildə Fransada silah və partlayıcı maddələrin saxlanmasına görə tutulub. 2000-ci ildə İspaniyaya ekstradisiya olunan Santi 11 cinayət aktına görə 3 min il həbsə məhkum edilib.

Ancaq 2006-cı ildə İspaniya məhkəməsi bütün cinayət işlərini bir akt üzrə toplayaraq ona 30 il həbs təyin edib.O, 2030-cu ildə azadlığa çıxmalı olsa da, İnsan Haqları üzrə Avropa Məhkəməsinin etirazından sonra həbs müddəti 2025-ci ilədək azaldılıb.

2008-ci ildə Avropa Məhkəməsinin yeni normalarından sonra Patros 2014-cü ilin yanvarında azadlığa çıxır. Ancaq bir il sonra – 2015-ci ildə 1986-cı ildə Madriddə, 1987-ci ildə isə Barselonadakı terror aktlarına görə yenidən mühakimə edilərək həbs edilir.

70 yaşlı Santi ümumulikdə ömrünün 31 ilini həbsxanada keçirib. (qafqazinfo)

İnterpress.az