İnterpress.az-ın məlumatına görə, bu mərhələdə \”Qarabağ\”ın potensial rəqibi məlum olub.
Belə ki, \”Qarabağ\” üçüncü təsnifat mərhələsində BATE (Belarus) səddini keçərsə, növbəti mərhələdə Niderlandın \”PSV Eyndhoven\” klubu ilə qarşılaşacaq.
\”Qarabağ\” BATE-yə məğlub olacağı təqdirdə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə edəcək.
BATE ilə oyun avqustun 7-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və İsveçdən olan hakimlər idarə edəcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 21-22 və 28-29 avqust tarixlərində keçiriləcək.
İnterpress.az