İnterpress.az xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in rəsmi \”Twitter\” səhifəsində yayılıb.
Başsağlığında deyilir: \”Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq\”.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur.
İnterpress.az