İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Ağdam təmsilçisi bunadək Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub.
Qeyd edək ki, “Qarabağ” – BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində \”Şerif\” (Moldova) – \”Valür\” (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
7 avqust
21:00. “Qarabağ” (Azərbaycan) – BATE (Belarus)
Hakimlər: Andreas Ekberq, Mehmet Kulum, Stefan Hallberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Robert Sedlaçek (Avstriya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İnterpress.az