Poroşenko jurnalistə nə dedi?backend

Poroşenko jurnalistə nə dedi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, yayıma bir neçə dəqiqə qalmış Poroşenko şəxsən Olqa Vasilevskoya zəng edib.

O jurnalistə zəng edərək ölkə paytaxtı Kiyevdə olduğunu şəxsən bildirib.

Bundan əvvəl ölkə mətbuatında Poroşenkonun İspaniyada Marbella kurort şəhərində, öz villasında istirahət etdiyi bildirilirdi.

Kanal da bu mövzuda veriliş hazırlayaraq efirə buraxmağa hazırlaşarkən prezidentdən zəng gəlib.

“Sizə bildirmək istəyirəm ki, mən hazırda Ukraynada, Kiyevdə, Bankovaya küçəsində iş yerindəyəm. Mənim təvazökar şəxsimin sayəsində əsasən də böyük oliqarxın hesabına sizin İspaniyada istirahət etməyinizə çox şadam. Deyə biləcəyiniz tək bir şey mən Madrid və Santyaqo de Komposteladan başqa nə bu il, nə də keçən il, nə böyük, nə də kiçik dağda, nə də ki Marbellada istirahət etməmişəm” – Poroşenko bildirib.

Jurnalistin sözlərinə görə bununla yanaşı prezident Marbellada hər hansı bir villasının olması və prezident təyyarəsinin Venada 8 gün ərzində nə etməsi barədə suallara cavab verməyib. O sözlərini deyərək dəstəyi yerinə qoyub.

İnterpress.az