İnterpress.az xəbər verir ki, bu məlumatı TASS agentliyinə nazirliyin mətbuat katibi Averik Xaçatryan verib.
“İbtidai istintaq zamanı prokurorluq Koçaryana qarşı tətbiq edilən qətimkan tədbirinin dəyişdirilməsini məqsədəuyğun hesab etmir”, – Xaçatryan deyib.
41-i Respublika, 3-ü “Daşnaqsütyun” partiyalarından və biri “Tsarukyan” blokundan olan 45 deputat 2008-ci il martın 1-də baş verən hadisələrlə əlaqədar saxlanılan və konstitusiya quruluşunu devirməkdə ittiham edilən Robert Koçaryanın azad edilməsi ilə bağlı baş prokurorluğa müraciət ünvanlamışdılar.
Xatırladaq ki, iyulun 26-da Xüsusi İstintaq Xidməti Koçaryanın 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar qəbul edib. (Oxu.Az )
İnterpress.az