İnterpress.az xəbər verir ki, o, fikirlərini “Twitter” hesabında bölüşüb.
“Mən əzm, güc və çətinliklərlə qarşılaşabilmə dünyasına öyrəşmiş xalqdanam. Və mənim qətiyyətim sizin qətiyyətinizdən irəli gəlir”, – o bildirib və öz fotosunu yerləşdirib. Fotoda Əsma Əsədin gülümsəməsi əks olunub.
Əsma Əsəd avqustun 8-də xəstəxanaya yerləşdirilib. Qadına döş vəzisinin xərçəngi diaqnozu qoyulub. Bildirilir ki, xəstəliyi erkən mərhələdə aşkar ediblər.
Avqustun 11-də Suriya prezidentinin həyat yoldaşının 43 yaşı tamam olub. Bəşər Əsəd Əsma ilə 2001-ci ildə ailə həyatı qurub. Həmin il onların Hafiz adlı oğlu, 2003-cü ildə Zeyn adlı qızı, 2004-cü ildə isə Kərim adlı ikinci oğlu dünyaya gəlib. (Oxu.Az)
İnterpress.az