İstanbulun Bağcılar rayonunda suriyalı Mohamad el Abid, işdən evə gəldiyində 3 uşaq anası olan 24 yaşlı arvadı Hulud Hemdosu yataq otağında başqa bir kişi ilə tutduğu və hər ikisini bıçaqlayaraq qətlə yetirdiyi barədə məlumat vermişdik.
İnterpress.az Milli.Az-a istinadən xəbər verir ki, qatilin qardaşının cinayətdən öncədən xəbəri olduğu və qardaşının qaçdığını zənn etdiyi üçün \”tələsik\” polisə xəbər verdiyi məlum olub.
Mohamad el Abid 3 uşaq anası olan arvadını dəfələrlə bıçaqlayıb, sevgilisinin isə başını kəsərək öldürüb.
Paltarını dəyişərək qaçan ər, ona kömək edən 6 qohumu ilə Suriyaya qaçmaq üçün mindiyi avtobusda yaxalanıb.
İnterpress.az