Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, dizindən xəsarət alan ispaniyalı futbolçu əməliyyat olunacaq. Əməliyyatın ölkə xaricində olacağı gözlənilir. Kintananın təxminən 1,5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyununu da buraxmışdı.
İnterpress.az