Bakıda yolu keçmək istəyən gənc qızı avtomobil vurub.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai prospektində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən təxminən 25-30 yaşlı qadını avtomobil vurub.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qadın dərhal təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.azhttps://youtube.com/watch?v=QMZ_ob1e3Vs