WhatsAppla bağlı təhlükəli xəbər – Yazdıqlarınızı oxuyacaqlarbackend

WhatsAppla bağlı təhlükəli xəbər – Yazdıqlarınızı oxuyacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan “WhatsApp” sosial şəbəkəsində yeniliklər gözlənilir.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin Kaliforniya ştatında yerləşən mərkəzi ofisinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, bundan sonra “WhatsApp” istifadəçilərinin məlumatlarının şifrələnməsi texnologiyasından istifadə etməyəcək. Eyni zamanda, bu yeniliklərin daha çox xüsusi xidmət orqanlarının işlərinin asanlaşdırılması üçün tətbiq ediləcəyi vurğulanır.

Həmçinin, “WhatsApp”a qarşı bu tələblə “Facebook” şirkətinin çıxış etdiyi qeyd olunur.

Qeyd olunur ki, messencer rəhbərliyi “Facebook”un tələbi ilə bu addımı atmalı olub.

İnterpress.az