İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri THY-nin mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində qeyd edib. O bildirib ki, THY bundan sonra ABŞ şirkətlərinə reklam verməyəcək.
Yəhya Üstün THY-nin ABŞ-la yaşanan gərginlik məsələsində Türkiyə dövləti və millətinin yanında olduğunu vurğulayıb.
Xatırladaq ki, iki ölkə arasında siyasi gərginlik Türkiyədə həbs edilən amerikalı rahib Endryu Bransona görə başlayıb.
İnterpress.az