Hacı Nuran yenə Həcc ziyarətinə gedir – Bu dəfə Həcc geyimində – FOTObackend

Hacı Nuran yenə Həcc ziyarətinə gedir – Bu dəfə Həcc geyimində – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sonuncu qrupu da artıq yola düşüb. Həcc ziyarətinə gedənlər arasında tanınmışlar da olub. Onların arasında tanınmış aparıcı Hacı Nuran Hüseynov da yer alıb. Belə ki, N.Hüseynovun Heydər Əliyev adına beynəlxalq hava limanında Həcc ziyarətində geyinilən xüsusi formada görüntülməsi diqqəti çəkib.

İnterpress.az xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov özü də hələ yola düşməmişdən öncə Həcc ziyarətinə getməsi ilə bağlı sosial şəbəkədə məlumat verib.

\”Həcc ziyarəti başladı. Ziyarət təkcə \”hacı\” titulu deyil, bu, mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Allahdan bütün xəstələrimizə cansağlığı dua edəcəm. Hamınıza heç zaman ümidinizi itirməməyi diləyirəm. O, böyükdür və hər şeyə qadirdir. Əziz, sevimli, mənə daima dua edən gözəl dostlarım. Qarşıda müsəlman aləminin vacib əməllərindən biri olan müqəddəs Həcc ziyarəti gəlir … Mən ziyarətqabağı hamınıza cansağlığı arzu edirəm. Allah hər kəsə bu gözəl ziyarəti nəsib eləsin. Ziyarət təkcə «hacı» titulu deyil, bu mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Mən Allahdan bütün xəstələrimizə cansağlığı dua edəcəyəm və hamısına heç zaman ümidinizi itirməmək diləyirəm. O, böyükdür və hər şeyə qadirdir. P.S.: İnşAllah sabah səhər saatlarında müqəddəs həcc ziyarətinə yola düşəcəyik. Allah ziyarətimizi qəbul eləsin. Sizinlə tezliklə görüşmək arzusunda olan Sizin…” – deyə, Hacı Nuran deyib.

Qeyd edək ki, aparıcı əvvəllər də bir neçə dəfə Həcc ziyarətində iştirak edib.

İnterpress.az apacının Heydər Əliyev adına beynəlxalq hava limanında Həcc geyimində görüntüsünü təqdim edir:

Hacı Nuran yenə Həcc ziyarətinə gedir - Bu dəfə Həcc geyimində - FOTO