İnterpress.az xəbər verir, Vaşinqton Türkiyədə həsdə saxlanılan rahib Endryu Bransonun azad edilməsini tələb edir.
Ankara isə onun terrorçuluqda ittiham olunmasına əsaslanaraq tələbi yerinə yetirməkdən imtina edir.
Avqustun 10-da ABŞ Türkiyədən idxal olunan polad və alüminiuma tətbiq olunan rüsumları 2 dəfə artırıb.
Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikadan idxal olunan elektronika məhsullarının boykotu haqqında bəyan edib və bir sıra ABŞ mallarına tətbiq olunan rüsumları artırıb. (oxu.az)
İnterpress.az