Bakıda keçmiş məhkum qətlə yetirilib.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Etibar Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.
Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
Qətli törədən E.Qəhrəmanov saxlanılıb.
İnterpress.az