Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib.
Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi \”VAZ 21015\” markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az