İnterpress.az xəbər verir ki, 95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər.
Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.
İnterpress.az