Dövlət Gömrük Komitəsindən iş adamlarına müraciətbackend

Dövlət Gömrük Komitəsindən iş adamlarına müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bu barədə Komitənin mətbuat xidmətinə istinadən xəbər verir.

DGK xarici iqtisadi fəaliyyət iştirakçılarının nəzərinə çatdırır ki, Qurban bayramı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləridir.

Lakin buna baxmayaraq, avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək, idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.

İnterpress.az