Rayonun Azadkənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi \”VAZ 2106\” markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub.
Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (report)
İnterpress.az