“Türkiyə iqtisadi təzyiqlərə görə siyasi kursunu dəyişməyəcək” – Ərdoğanbackend

“Türkiyə iqtisadi təzyiqlərə görə siyasi kursunu dəyişməyəcək” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında çıxışı zamanı deyib.

\”Türkiyənin düşmənləri bizə qarşı iqtisadi təzyiq vasitələrindən istifadə edirlər. Lakin bizim ölkəmiz kursu dəyişmək niyyətində deyil. Bizi çökdürə bilmədilər, bundan sonra da bacarmayacaqlar\” – deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Buna səbəb kimi Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Kreyq Bransonun azadlığa buraxılmaması göstərilir.

İnterpress.az