İnterpress.az xəbər verir ki, avqustun 19-da Odessa hüquq-mühafizə orqanlarının qaynar xəttinə Arxitektura və İlfa küçələrinin kəsişməsində sərxoş vəziyyətdə olan şəxsin yoldan keçənlərə bıçaqla hücum etməsi barədə siqnal daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanları əməkdaşları “deboşiri” tutublar, bu zaman o qızğın müqavimət göstərib.
Şəxsiyyəti aydınlaşdırarkən məlum olub ki, həmin şəxs 25 yaşlı Azərbaycan vətəndaşıdır və Ukrayna ərazisində qanunsuz yaşayır. Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb, kimliyi göstərilmir. (Virtualaz.org)
İnterpress.az