Bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Milli Gimnastika Arenası ilk dəfə olaraq 23 – 25 mayda qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Azərbaycanda son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.
31 may – 2 iyunda isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə bu idman növü üzrə qitə birinciliyinə ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını da təşkil edəcək.
İnterpress.az