Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırdıbackend

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qərarın müddəti və səbəbi ilə bağlı açıqlama verilməyib, lakin 5 iyun 2017-ci ildə tarixində Qətərlə diplomatik əlaqələrin kəsilməsi barədə qərarla əlaqədar olduğu vurğulanıb.

Qeyd edək ki, Qətər ötən ilin iyunundan bəri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir tərəfindən terrorizmə dəstək verməkdə ittiham edilir və diplomatik əlaqələr kəsilib. Bu ölkəyə əməl etməsi üçün 13 maddəlik tələb irəli sürülüb, lakin rəsmi Doha beynəlxalq hüquq əleyhinə olan heç bir tələbin icra edilməyəcəyini açıqlayıb.

İnterpress.az