Müştəri xiyarın qiymətinə görə satıcını bıçaqladıbackend

Müştəri xiyarın qiymətinə görə satıcını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi baş verib.

İnterpress.az \”Report”a istinadən xəbər verir ki, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.

Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az