İnterpress.az xəbər verir ki, sözügedən turnirdə ölkəmizin yeganə təmsilçisi olan “Qarabağ” da meydana çıxacaq.
Qurban Qurbanovun komandası Moldovada “Şerif”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ”la “Şerif” ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəlib.
Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlamışdı.
23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, “Şerif” İK stadionu
İnterpress.az