İnterpress.az-ın əldə etdiyi məlumata görə, yanğın rayonun Alar kəndindəki qəbiristanlıqda baş verib.
Belə ki, naməlum şəxslər tərəfindən rayonun Alar kəndində yerləşən \”Muradxanlı\” qəbiristanlığı yandırılıb.
İlkin ehtimala görə, yanğını törətməkdə şübhəli bilinən şəxslər kənddə oğurluq etmək istəyən naməlum şəxslər olub.
Belə ki, bir neçə gündür ki, kənd sakinlərinin evlərinə daxil olaraq oğurluq etmək istəyən şəxslərin bu dəfə qəbiristanlığı yandıraraq əhalini yanğın yerinə cəlb etməyə və oğurluq niyyətlərini rahatlıqla həyata keçirməyə nail olmaq üçün qəbiristanlığı yandırdığı deyilir.
Hazırda qəbiristanlıqdakı yanğının söndürülməsi üçün FHN-nin Cəlilabad rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və yanğın söndürən texnikaları cəlb olunub.
Yanğının yaxınlıqdakı evlərə keçməməsinin qarşısı alınır.
Qeyd edək ki, Alar kəndində 10 gündür ki, naməlum şəxslər kənd sakinlərinin evlərindən oğurluq etməyə çalışıblar.
Əlavə məlumat veriləcək.
Səid Qərib
İnterpress.az