Əvvəlcədən xəbər verildiyi kimi, heyətlərarası görüşdən sonra KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib.
Baxtedze açıqlamasında Almaniyanın Gürcüstan üçün önəmli və etibarlı tərəfdaş olduğunu bildirib: \”Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Rusiya hərbçiləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq hələ də Gürcüstan torpağındadırlar. 2008-ci ildən bəri Cənubi Osetiya və Abxaziya işğaldadır. Biz sülh istəyirik”.
Kansler də öz növbəsində Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini ifadə edib: \”Sonuncu dəfə Gürcüstana 10 il öncə gəlmişdim. O zaman atəşkəs sazişi imzalanmışdı. Həmin vaxt rus əsgərlərinin Gürcüstandan çıxmasını qəti şəkildə tələb etmişdim və təbii ki, 10 il sonra da ölkənin ərazi bütövlüyünü dəstəkləyirəm”. (virtualaz.org)
İnterpress.az