Minik maşını “təcili yardım”la toqquşdu – 7 yaşlı uşaq öldübackend

Minik maşını “təcili yardım”la toqquşdu – 7 yaşlı uşaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Beyləqan- Horadiz yolunun Böyük Bəhmənli kəndindən keçən hissəsində \”Mercedes\” markalı avtomobillə \”Təcili yardım” maşını toqquşub.

Qəza nəticəsində \”Təcili yardım” avtomobili yolun qırağındakı çökəkliyə düşüb, \”Mercedes\”də olan 7 yaşlı Rusif Namazlı hadisə yerində dünyasını dəyişib.

Digər iki sərnişin – 6 yaşlı Aqşin Namazlı və 33 yaşlı Nigar Namazova isə yaralanaraq ağır vəziyyətdə Zobucuq qəsəbəsində yerləşən Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıların vəziyyətinin orta-ağır olduğunu bildirib.

İnterpress.az