Geoloq 27 il əvvəl həlak olan məşhur alpinistin “Kodak” lentini TAPDI – FOTOLARbackend

Geoloq 27 il əvvəl həlak olan məşhur alpinistin “Kodak” lentini TAPDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada geoloq tapdığı köhnə fotolenti illər önçə həlak olmuş alpinistin həyat yoldaşına qaytarıb.

İnterpress.аz xəbər verir ki, bu barədə İtaliya KİV məlumat yayıb.

İtaliyada geoloq Lorenso Rossetti Frazassi dərəsində kiçik qutuda köhnə “Kodak” fotolenti aşkarlayıb. O, tapıntını rejissor dostu Paolo Bakkiyə göstərib və həmin lent laboratoriyada aşkara çıxarılıb.

Süni intellektin köməyi ilə keyfiyyəti yaxşılaşdırılan və 1986-1987-ci illərə aid olan şəkillərdə qayaya dırmaşma məşqləri edən idmançı əks olunub.

Rejissor şəkillərdəki şəxsin kimliyini müəyyən etmək üçün sosial şəbəkələrdə video paylaşıb.

4 milyondan çox izlənilən həmin görüntüləri İtaliyanın tanınmış alpinistlərindən biri və dağ-xilasetmə xidmətinin rəhbəri olmuş Titsiano Kantalamessanın dul həyat yoldaşı Renata Nardinotti görüb.

O, şəkillərdəki şəxsin məhz öz mərhum həyat yoldaşı olduğunu göz yaşları içində təsdiqləyib.

Titsiano Kantalamessa 1999-cu ildə 43 yaşında dağda işləyərkən bədbəxt hadisə nəticəsində həlak olub.

Həyat yoldaşı və övladları üçün bu qədim şəkillərin illər sonra tapılması mərhumun ailəsinə göndərdiyi gözəl bir mənəvi mesaj kimi qiymətləndirilib.

Xuraman Etibarlı

İnterpress.аz