Yan Nepomnyaşiy bir səhv kliklə 1,5 milyon dolları əldən verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyalı şahmatçı Yan Nepomnyaşiy Hans Nimanla həlledici “Armageddon” partiyasında etdiyi bir səhv səbəbindən 1,5 milyon dollarlıq turnirdə mübarizəni davam etdirmək şansını itirib.
Vaxtın tükənməsinə az qalmış Nepomnyaşiy təsadüfən fiquru nəzərdə tutmadığı xanaya oynadıb. Şahmatçı dərhal səhvini anlayıb.
Bundan sonra o, bir neçə dəfə yumruğu ilə masaya vurub, ayağa qalxaraq səhnəni tərk edib və bununla da qələbəni rəqibinə verib.
Bu qarşılaşmada qələbə Nepomnyaşiyə ümumi mükafat fondu 1,5 milyon dollar (təxminən 2,55 milyon manat) olan turnirin növbəti mərhələsinə yüksəlmək imkanı verə bilərdi.
Xuraman Etibarlı
İnterpress.az






