Qarışdırdığı bitki yaşlı qadını XƏSTƏXANALIQ ETDİ – Ayaqlarına ağır yanıqlar DÜŞDÜbackend

Qarışdırdığı bitki yaşlı qadını XƏSTƏXANALIQ ETDİ – Ayaqlarına ağır yanıqlar DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarışdırdığı bitki yaşlı qadını xəstəxanalıq etdi – ayaqlarına ağır yanıqlar düşdü

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Yeqoryevsk şəhərində yaşlı qadın ayağındakı infeksiyanı xalq təbabəti üsulu ilə müalicə etmək istəyərkən zəhərli bitki səbəbindən ağır yanıqlara məruz qalıb.

Məlumata görə, qadın yaraların üzərinə bağayarpağına bənzər dulavratotu yarpağı qoymaq istəyib. Lakin səhvən zəhərli inəkcəfəri (borşevik) götürərək yaralı nahiyəyə kompres edib.

Nəticədə qadının ayağında güclü yanıqlar yaranıb və o, Yeqoryevsk xəstəxanasına müraciət edib.

Həkimlər bildiriblər ki, borşevikin şirəsi dəri və paltarla təmasda ağır dermatit və yanıq yarada bilər.

Xəstənin yaraları antibiotiklərlə müalicə olunub, allergik əlamətləri azaltmaq üçün antihistamin preparat verilib.

Daha sonra dərinin bərpası üçün gümüş ionları olan məlhəmdən istifadə edilib.

Xuraman Etibarlı

İnterpress.az