Dubaydan gələn sərnişinin baqajından 125 min manatlıq “Hermes” çantaları AŞKARLANDI – FOTObackend

Dubaydan gələn sərnişinin baqajından 125 min manatlıq “Hermes” çantaları AŞKARLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Domodedovoda Dubaydan gələn sərnişinin baqajından 6,2 milyon rublluq “Hermès” çantaları aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti (FTS) məlumat yayıb.

Moskvanın Domodedovo hava limanında Dubaydan gələn sərnişinin baqajında bəyan edilməmiş “Hermès” çantaları aşkar edilib.

Məlumata görə, gömrük əməkdaşları sərnişinin baqajına baxış keçirərkən ümumi dəyəri 6,2 milyon rubl (təxminən 125 min manat) olan “Hermès” markalı çantalar aşkarlayıblar.

Çantaların gömrük bəyannaməsində göstərilmədiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az