Toyuq filesi ilə udduğu diş çöpü bir ay sonra kişinin mədəsini DEŞDİ – FOTObackend

Toyuq filesi ilə udduğu diş çöpü bir ay sonra kişinin mədəsini DEŞDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyuq filesi ilə udduğu diş çöpü bir ay sonra kişinin mədəsini deşib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Kalininqrad şəhərində kişi toyuq filesi ilə birlikdə təsadüfən diş çöpü udub və bir ay sonra mədəsində yaranan iltihab səbəbindən xəstəxanaya müraciət edib.

Məlumata görə, kişi diş çöpünü udduğunu əvvəlcə ciddi qəbul etməyib. Lakin sonradan mədə divarında iltihab yaranıb və vəziyyəti ağırlaşıb.

Həkimlər təcili əməliyyat keçirərək diş çöpünü endoskop vasitəsilə çıxarıblar.

Xəstənin həyatını xilas etmək mümkün olub və ciddi fəsadların qarşısı alınıb.

Xuraman Etibarlı

İnterpress.az